
Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Bundan əlavə, DİM-in yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış sinif testləri, test topluları və jurnallar Əlibəyli kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edilib.
DİM-in Mətbuat Xidməti