Turnirdə iştirak edən tələbələr fərdi şəkildə mübarizə aparıblar. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı mübarizə və gərgin rəqabət ilə yadda qalıb.
Turnirin nəticələrinə əsasən Humanitar və sosial elmlər fakültəsinin Politologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Üzeyir Kərimov birinci, Dövlət və ictimai münasibətlər ixtisasının II kurs tələbəsi Nail Abdullayev ikinci yerdə qərarlaşıblar. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayşən Musayeva isə üçüncü yeri tutub.
Qaliblər kubok və sertifikatla mükafatlandırılıblar.
Tehsil-press.az






