Bakı zooparkındakı dəvənin fotosu hamını təəccübləndirdi

Bakı zooparkındakı dəvənin fotosu hamını təəccübləndirdi Bakı zooparkında çəkilmiş dəvənin vəziyyəti heyvansevərlərin narahatlığına səbəb olub. “Qafqazinfo” xəbər verir ki, dəvənin fotosunu sosial şəbəkədə paylaşan Emil Əmiraslanov hadisəni belə şərh edib:

“Bu dəvəni o gün bizim zooparkda çəkdim. İnanın bunu bir ərəb görsə ağlayar. Bu yazıq susuz, qidasız səhrada daha gözəl dolanırdı, nəyinki Bakının mərkəzində. Heyf, çox heyf!”
Fotonu paylaşan xeyli sayda səhifə və sosial şəbəkə istifadəçiləri hazırda zooparkda heyvanların saxlanma şəraitinin çox pis olduğunu vurğulayıb.

Bakı zooparkındakı dəvənin fotosu hamını təəccübləndirdi

Məsələylə əlaqədar olaraq “Qafqazinfo”nun əməkdaşı Bakı Zooparkının direktoru Azər Hüseynovla əlaqə saxlayıb. Direktor bildirib ki, zooparkda olan bütün heyvanların, o cümlədən, dəvələrin vəziyyətində hər hansı bir problem yoxdur:
“Hazırda yay fəsli olduğu üçün dəvə yununu dəyişir. Bu səbəbdən onun şəkillərdə elə görünməyi normaldır. Həm dəvə yatanda mütləq ölmüş olur? Bir dəfə də jurnalist mənə yaxınlaşıb “Azər bəy, siz otağınızda oturmusuz, dəvəniz çöldə ölüb. Heç xəbəriniz yoxdur”- dedi. Özüm özümdən şübhələndim, tez gedib dəvəyə baxdıq. Uzanmışdı, daşla dəmiri döydük, dəvə ayağa durdu. İndi də eyni hadisədir. Bu yaxınlarda bir dəvəmiz doğub, oradan çıxarıb başqa yerdə saxlayırıq. Şərait pis olsaydı, o, bala verməzdi. Baxın, bu son 15 gündə bir şirimiz, 2 maralımız, 1 dəvəmiz, 2 kenqrumuz da bala verib. Ayrı nə istəyirlər? Heyvanların vəziyyəti ilə maraqlananlar, buyursun gəlsin”.
A.Hüseynov zooparkın köçürülməsi ilə bağlı sualımıza cavab olaraq məlumatı olmadığını bildirib:“Bu haqda məlumatım yoxdur, çünki inşaat biz tərəfdən aparılmır”.
Son olaraq, direktorun göndərdiyi zooparkdakı dəvələrin fotolarını təqdim edirik:

Bakı zooparkındakı dəvənin fotosu hamını təəccübləndirdi

Bakı zooparkındakı dəvənin fotosu hamını təəccübləndirdi


Tehsil-press.az

Oxşar xəbərlər