Ailə NET internetin sürətini artırır

Ailə NET internetin sürətini artırır İnternet provayderi Ailə NET-dən Ramazan bayramı günlərində istifadəçilərini xoş xəbərlə sevindirir.

Tehsil-press.az-a "Caspian Telecom"un mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-dən internetin minimal sürəti 10 Mbit/s-ə qalxır. Bu zaman aylıq abunə haqqları dəyişməz qalacaq. Gecə saatları isə, 00:00-dan 12:00-dək sürət ikiqat artaraq, 20 Mbit/s-dək yüksələ bilər.


Sürət:
Qiymət:
10-20 Mbit/s
18 AZN
15-30 Mbit/s
28 AZN
20-40 Mbit/s
35 AZN
25-50 Mbit/s
45 AZN


Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.
Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilər güzəştli şərtlərdən faydalana bilərlər.
Belə ki, hər yeni abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 3 ay internetdən istifadə edə biləcək, üstəlik 1 antenalı WiFi router də hədiyyə qazancaq. Analoji olaraq, 3 ayın abunə haqqını öncədən ödəyən yeni Ailə NET abunəçiləri 4 ay internetdən istifadə edə biləcək, üstəlik 2 antenalı WiFi routeri hədiyyə alacaq.
Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.


Tehsil-press.az

Oxşar xəbərlər