
Mütəxəssislər depressiyanın genetik səbəblərini tədqiq ediblər. Onlar şizofreniyaya irsi meyilliyi olan insanların genetik səviyyədə depressiyadan əziyyət çəkənlərə oxşayıb-oxşamadıqlarını müəyyən etmək istəyiblər. Tədqiqat göstərib ki, depressiyalı insanlardan ibarət qrupda şizofreniyanın genetik riski yüksəkdir.
Məlumdur ki, şizofreniya və depressiyanın oxşar təzahürləri var. Məsələn, bədbinlik və nevrotizm. Alimlər belə nəticəyə gəliblər: depressiyadan əziyyət çəkən bəzi insanlar şizofreniya ilə bağlı genetik xüsusiyyətlərə malikdir.
Tehsil-press.az