"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO

İdrak Liseyinin rəsmi saytında onun professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradıldığı, 2014-cü ildə isə Bakı filialının fəaliyyətə başladığı bildirilib.

Müvafiq bölmədəki məlumatda qeyd olunur ki, liseydə ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə - Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.

Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər.

Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar.

Liseyin fasiləsiz olaraq şirkət əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi qəti qadağandır.

İdrak Liseyinin təsisçisi əslən Qubadlı rayonun Çərəli kəndindən olan Mönsüm Ədil oğlu Alışov, direktoru isə Natəvan Üzeyim qızı Alışovadır.

"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər