Ağdam təmsilçisi "Loryan"ın forvardı Sambu Sumano ilə danışıqlar aparır.
Tərəflər bu dəfə razılığa gəlməyə yaxındır.
Sumanonun keçidi baş tutsa, o, "Qarabağ" tarixinin ən bahalı transferi olacaq.
Seneqallı hücumçu cari mövsüm Fransa Liqa 1-də 19 oyunda 4 qol vurmağı bacarıb.
Qeyd edək ki, Sumano "Qarabağ"a qoşulsa belə, Çempionlar Liqasında "kəhər atlar"a kömək edə bilməyəcək.
Tehsil-press.az










