Rusiyalı alim və mütəxəssislər Botanika İnstitutunda olublar

Rusiyalı alim və mütəxəssislər Botanika İnstitutunda olublar Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin Ümumrusiya ictimai təşkilatının inkişaf üzrə direktoru Aleksey Reteyum, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin landşaft memarı Artyom Parşin, Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağının aparıcı elmi işçisi, Rusiya Botaniklər Cəmiyyətinin vitse-prezidenti Stepan Aleksandroviç AR ETN Botanika İnstitutunun qonağı olublar.

Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və İnstitutun digər alimlərinin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, şəhər yaşıllıqlarının artırılması üçün perspektivli ağac-kol bitkiləri barədə müzakirələr olub.

S.İbadullayeva qonaqlara Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələri və onların elektronlaşdırılması üzrə aparılan işlər qonaqların marağına səbəb olub.

Sonda rusiyalı alimlər əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək kadr və təcrübə mübadiləsi, müştərək layihələr, ekspedisiyaların təşkili, herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar. Tərəflər əməkdaşlıq memorandumunun imzalanması üzrə ilkin razılığa gəliblər.

Rusiyalı alim və mütəxəssislər Botanika İnstitutunda olublar
Rusiyalı alim və mütəxəssislər Botanika İnstitutunda olublar


Tehsil-press.az

Oxşar xəbərlər