UNEC-in tələbələri Kiyevdə beynəlxalq müsabiqədə iştirak ediblər

UNEC-in tələbələri Kiyevdə beynəlxalq müsabiqədə iştirak ediblər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin tələbələri Ukraynada keçirilən XIV Beynəlxalq “KPI-OPEN” Olimpiadaya qatılıblar.
Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müəllimi Ramal Cabbarovun rəhbərliyi ilə informasiya texnologiyaları ixtisası üzrə təhsil alan I kurs tələbələri - Murad İbrahimzadə, Seymur Mikayılov və Əli Bəşirov beynəlxalq olimpiadada “UNECIT” komandası adı ilə təmsil olunublar. Müsabiqənin sonunda “UNECIT” komandasına və komandanın rəhbərinə müsabiqədə fəal iştiraklarına görə sertifikat təqdim olunub.
Qeyd edək ki, UNEC-in komandası İ.Sikorski adına Kiyev Politexnik İnstitutunda təşkil olunan müsabiqəyə Gürcüstanın Tbilisi şəhərində yerləşən Avropa Universitetinin bazasında keçirilən “XIII Vekua kuboku beynəlxalq proqramlaşdırma” müsabiqəsində fərqləndiyinə görə dəvət olunublar.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər