
Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri nəzəri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə tələbələr institutun müvafiq laboratoriyalarında həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. Onlar ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər.
Martın 29-dək davam edəcək təcrübə prosesi tələbələrdə tədqiqatçılıq üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasında mühüm rol oynayacaq.
Tehsil-press.az