Bu dövlət qurumlarında yoxlamalar aparılacaq - ÖZƏL

Bu dövlət qurumlarında yoxlamalar aparılacaq - ÖZƏL Azərbaycanın bir sıra dövlət qurumlarında yoxlamalar aparılacaq.

Yoxlamalar Hesablama Palatası tərəfindən həyata keçiriləcək.

Məlumata görə, əsasən səhiyyə, mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən qurumlarda, həmçinin bir sıra ali təhsil müəssisələrində, eləcə də digər büdcə təşkilatlarında yoxlamaların (nəzarət tədbiri) aparılması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Palatanın aşkarladığı nöqsanlar qurumlarda bir sıra vəzifəli şəxslərin işdən çıxarılmasına, cəzalandırılmasına səbəb olub, yoxlamaların nəticələri barədə prokurorluğa müraciətlər edilib, cinayət işi açılıb.

Mediada yayılan məlumatlara görə, Palata Naxçıvanın bir sıra qurumlarında yoxlamalar aparır.

Məsələ ilə əlaqədar Hesablama Palatası ilə əlaqə saxladıq.

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.

"Qeyd edək ki, nəzarət tədbirlərinin nəticələri barədə məlumatlarla Hesablama Palatasının rəsmi internet səhifəsinin (www.sai.gov.az) "Fəaliyyət" bölməsinin "Qərarların (Təkliflərin) izlənilməsi" və "Dövlət auditinin nəticələri" alt bölməsi vasitəsilə, eyni zamanda, Hesablama Palatasının Kollegiyası tərəfindən nəticələrinə baxılmış nəzarət tədbirlərinin siyahısı və başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumatlarla Hesablama Palatasının illik fəaliyyəti haqqında Hesabatı və "Dövlət auditi" rəsmi rüblük bülleteni vasitəsilə tanış ola bilərsiniz. "Dövlət auditi" rəsmi rüblük bülleteni Hesablama Palatasının rəsmi internet səhifəsinin "Fəaliyyət" bölməsinin "Dövlət auditi jurnalı" altbölməsində, illik fəaliyyət haqqında Hesabat isə "Hesabatlarımız" altbölməsində yerləşdirilir", - açıqlamada bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər