Hesablama Palatasının UNEC tələbələri arasında keçirdiyi olimpiadanın nəticələri açıqlanıb

Hesablama Palatasının UNEC tələbələri arasında keçirdiyi olimpiadanın nəticələri açıqlanıb Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında “Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə təşkil olunan olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hesablama Palatasında təşkil olunan tədbirdə palatanın rəhbərliyi və əməkdaşları ilə yanaşı, Milli Məclisin komitə sədrləri Tahir Mirkişili və Fazil Mustafa, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun fəaliyyətə başlamasının 22 illiyi münasibətilə kollektivi təbrik edərək palatanın tarixi, eləcə də ötən dövr ərzində görülən işlər barədə məlumat verib.
Sonra Hesablama Palatası tərəfindən olimpiadanın nəticələri elan olunub. Olimpiadada Maliyyə və mühasibat fakültəsinin tələbəsi Mirzaman Salayev ən yüksək nəticə göstərdiyinə görə I yerin sahibi olub. Fakültənin 2023-cü il məzunu, hazırda isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tələbəsi Kamil Əliyev II yerə, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Xeyransa Yusifova III yerə, fakültənin digər tələbəsi Anar Adımov isə IV yerə layiq görülüb.
Qaliblərə Hesablama Palatası tərəfindən sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər