Ukrayna parlamenti üzvlüyünə namizəd azərbaycanlı

Ukrayna parlamenti üzvlüyünə namizəd azərbaycanlı Biz tez-tez gileylənirik ki, bu və ya digər ölkənin parlamentində kifayət qədər azərbaycanlı yoxdur. Bu qınaq tam obyektiv və çox kədərli statistikaya əsaslanır-həqiqətən də istər Avropa, istərsə də postsovet ölkələrinin qanunvericilik orqanlarında Azərbaycan əsilli parlamentarilər, demək olar ki, yoxdur. Ona görə də, yaşadığı ölkənin parlamentinə seçilmək şansı olan hər bir azərbaycanlını ən azı dəstəkləmək lazımdır.

İyulun 17-də Ukraynada Ali Radaya aralıq seçkilər keçiriləcək. Həmin seçkilərdə namizədlərdən biri də Ləyaqət inqilabının, antiterror əməliyyatlarının fəal iştirakçısı, könüllü Yunis Əsgərovdur. Haqqin.az-ın müxbiri namizədliyi doğulduğu Çerniqov şəhərindən irəli sürülmüş Y.Əsgərovdan müsahibə götürüb.
Onu bu seçkilərə qatılmağa nə vadar edib? Rəqibləri kimlərdir? Qələbə qazanmaq şansı nə qədərdir? Ləyaqət inqilabının fəal iştirakçısı Ukraynadakı mövcud vəziyyəti necə qiymətləndirir? Ölkədə növbəti inqilab ehtimalı varmı?
Tehsil-press.az bildirir ki, bütün bu və digər suallara cavabı bu ling vasitəsi ilə müsahibəni oxumaqla ala bilərsiniz.



Tehsil-press.az

Oxşar xəbərlər