Köpək balığı azyaşlıya hücum etdi

Köpək balığı azyaşlıya hücum etdi 11 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

ABŞ-ın Şimali Karolina əyalətində 11 yaşlı uşağa köpək balığı hücum edib.
Tehsil-press.az-ın məlumatına görə, hadisə "Atlantik Beach" bölgəsində baş verib. Yırtıcı balığın sağ ayağını dişlədiyi azyaşlı ağır vəziyyətdə xəstəxana çatdırılıb.
Anoloji hadisə eyni bölgədə ötən həftə baş verib. 18 yaşlı Dillon Boven adlı gənc köpək balığının hücumuna məruz qalıb.
Şimali Karolinada 2015-cil ərzində 8 köpək balığı hücumu qeydə alınıb. Ötən il ərzində Florida da 30 hücum qeydə alınsa da dünya miqyasında bu rəqəm 98-ə çatıb.
Aşağı Kaliforniya sahilləri dünya okeanının ən qorxulu məxluqlarından olan iri ağ köpək balığının sevimli yeridir.
Ölümlə nəticələnən faciəli hücumların sayı az olsa da, köpək balıqları tərəfindən bu sularda şikəst qalmış adam çoxdur. Amma ətraflarını itirmək qorxusu yalnız adrenalin tərəfdarı olan turistlərin marağını bir az da artırır. Bu yerlərdə dəmir qəfəsdə suyun altına dalaraq köpək balıqlarını yemləmək kimi əyləncəni təşkil edə biləcək firma çoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər