İstanbulda terrorçuların kütləvi qətliam planı

İstanbulda terrorçuların kütləvi qətliam planı Atatürk hava limanına hücum edən kamikadzelərin əsl planı üzə çıxıb.

Türkiyəni yasa batıran, 42 nəfərin ölümünə səbəb olan terror hadisəsi ilə bağlı yeni detallar ortaya çıxıb. Tehsil-press.az-ın məlumatına görə, Atatürk hava limanındakı terror hücumunda 3 kamikadzenin əsl hədəfinin daha böyük bir qətliam törətmək olduğu məlum olub.
İsti havada gödəkçə geyindikləri üçün diqqət çəkən terrorçuların planını türk polisi pozub. Bundan sonra planın baş tutmayacağını anlayan terrorçular hücuma başlayıblar.
Türkiyə mətbuatının polis məlumatlarına istinadən yaydığı xəbərə görə, əslində terrorçular hadisə yerində kəşfiyyat aparıblar. Onların əsas planının isə terminala girərək onlarla insanı əsir götürüb sonradan kütləvi qətliam törətmək olduğu iddia edilib.
Hər şey terror təşkilatı İŞİD-in Rəqqadan böyük bir terror hücumu törətmək məqsədi ilə İstanbula 3 qrup göndərməsi ilə başlayıb.
İstanbul polisi 2 həftə əvvəl gələn xəbərlə araşdırmalara başlayıb və çeçen Bekhan Alim, Zəlimxan A və türk vətəndaşı Fuad G. 18 iyunda həbs edilir. Bu qrup İstanbulda keçirilməsi gözlənilən LGBT yürüşünü hədəf alıbmış.

İstanbulda terrorçuların kütləvi qətliam planı
Terrorçuların ilkin görüntüləri

Polisin araşdırma apardığı bir vaxtda Mersin polisinə verilən xəbərdə Trasusda nəqliyyat əməkdaşlarını polislə səhv salan 2 kamikadzenin əllərindəki bomba yüklənmiş bağlamanı yol kənarına ataraq qaçdığı barədə məlumat daxil olub. Onların İstanbul şəhərinə giriş etdiyi bildirilib. Bundan sonra polis 2 iraqlı kamikadze ilə 4 şübhəlidən ibarət ikinci qrupu Sancaqtəpədə ələ keçirib.

İstanbulda terrorçuların kütləvi qətliam planı
Terrorçulardan ələ keçirilən silah-sursat

Onların yaşadıqları ünvanlarda partlayıcı maddələr, silah-sursat aşkar edilərək götürülüb. 6 nəfər isə həbs edilib. Bütün bu əməliyyatlardan sonra polisin axtarışından olan 3-cü qrup Atatürk Hava Limanında terror törətməyə müvəffəq olub.
3 kamikadze Atatürk hava limanına bir taksi ilə gələrək xarici xətlər terminalının çıxış mərtəbəsində eniblər. İsti hava olmasına rəğmən geyindikləri gödəkçələr yoxlama bürosundakı polislərin diqqətini çəkib və onlar şübhəliləri təqib etməyə başlayıblar. Polisin terrorçunun yanına gələrək ondan sənəd tələb etməsi ilə planları alt-üst olan terrorçular yerindəcə hərəkətə keçmək məcburiyyətində qalıb.


Tehsil-press.az

Oxşar xəbərlər