Qırğızıstan prezidenti öz mahnılarından ibarət CD-disk yazdırdı

Qırğızıstan prezidenti öz mahnılarından ibarət CD-disk yazdırdı Qırğızıstan prezidenti Almazbek Atambayev yubileyi ərəfəsində qohumlarına və yaxınlarına hədiyyə qismində müəllifi olduğu mahnılardan ibarət CD-disk yazdırmaq qərarına gəlib.

Tehsil-press.az xəbər verir ki, ümumilikdə rus dilində olan 5 mahnı səs qeydiyyatına alınıb. Audiosəslənməni səs rejissoru Ernist Umetaliyev edib. Səsyazma üçün Qırğızıstan prezidenti təxminən bir saat vaxt sərf edib.
Qeyd edək ki, ötən günlər "YouTube"da Qırığızıstan prezidentinin sözlərinə bəstələnmiş mahnının ilk videoklipi nümayiş etdirilib. İlk sutkalar ərzində klipə 50 mindən çox baxış olub.
Onu da qeyd edək ki, Almazbek Atambayev bu ilin avqustunda məzuniyyətə çıxdığı zaman qırğız dilində olan mahnılar yazmağı planlaşdırır.


Tehsil-press.az

Oxşar xəbərlər