Corc Buşdan qalmaqallı hərəkət - Matəm musiqisinə rəqs etdi

Corc Buşdan qalmaqallı hərəkət - Matəm musiqisinə rəqs etdi ABŞ-ın eks-prezidenti Corc Buşun Dallas qurbanlarının anım mərasimində rəqsi internet istifadəçilərində şok effekti yaradıb.

Tehsil-press.az xəbər verir ki, internetdə yayılan video görüntülərdən də aydın olur ki, matəm mahnısının müşayiəti altında rəqs edən Buş yüksək əhval –ruhiyyədə olub.
Onun bu davranışı diqqətdən yayınmayıb və bir çox bloggerlər onu yersiz rəqsinə görə tənqid ediblər.
Qeyd edək ki, anım mərasimi ötən həftə öldürülən polislərin xatirəsinə həsr olunub. Qaradərililər arasında yaşanan həmin silahlı toqquşmada 5 polis öldürülmüşdü.




Tehsil-press.az

Oxşar xəbərlər