Qafqaz Universitetinin tələbəsi Romaya dəvət edilib

Qafqaz Universitetinin tələbəsi Romaya dəvət edilib Mən Qafqaz universitetinin son kurs tələbəsiyəm.

Orta məktəbi bitirdikdən dərhal sonra, mən də demək olar ki, dünyanın hər yerində abituriyentlərin qarşılaşdığı ən böyük problemlərdən biri olan "hansı fakültəni seçsəm yaxşı olar?" sualı ilə üzləşdim. Valideynlərimin mənim qərar verməyimdə güclü təsiri var idi, ona görə də bakalavr təhsilim üçün Dünya iqtisadiyyatı fakültəsini onların məsləhəti ilə seçdim. Bu seçimdən mən də razıyam, onlar da.
Əvvəlki illərdə xarici tələbələr Avropa İttifaqının sərəncamında olan Erasmus tələbə mübadilə proqramına müraciət edə bilmirdilər, amma qaydalar dəyişəndən sonra mən şansımı yoxladım və Romaya dəvət edildim. Əlbəttə, qarşıma çıxan problemlərdə məndən yardımını əsirgəməyən Qafqazın Xarici Əlaqələr ofisinin əməkdaşları olmasaydı, buna nail ola bilməzdim.
Çox şadam ki, öz universitetimi Sapienza universitetində təmsil etmək üçün şans qazanmışam. Ümidvaram ki, bu dəyişiklik mənə böyük təcrübə qazandıracaq və MA dərəcəsi qazanmaqda, yeni dostlar tapmaqda, ingiliscə danışıq qabiliyyətimi daha da inkişaf etdirməkdə mənə faydalı olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər