Şirvandakı partlayış nəticəsində iki nəfər vəfat edib
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyalarını dəyişiblər.
Nazirlikdən Tehsil-press.az-a verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Bundan öncə hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı barədə bildirilirdi.Tehsil-press.az
- Baxış: 5829
Xəbərin tarixi: 27.07.2016 / 08:54
-
Oxşar xəbərlər