Özbəkistanda sürüşmə baş verib, ölənlər var

Özbəkistanda sürüşmə baş verib, ölənlər var Dünən saat 14.00 radələrində Özbəkistanın Namangan vilayətində sürüşmə baş verib.

Tehsil-press.az-ın Özbəkistan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var. Hadisə nəticəsində А-373 М-39 magistral yolunda iki maşın sürüşmə kütləsinin altında qalıblar. Xəsarət alanlara lazımi tibbi yardım göstərilir. Hadisə yerində müvafiq qurumlar torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması üzrə işləyirlər.


Tehsil-press.az

Oxşar xəbərlər