2 avqust - Kino işçilərinin peşə bayramıdır

2 avqust - Kino işçilərinin peşə bayramıdır 2 avqust Kino işçilərinin peşə bayramı günüdür. Hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaq. Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir. ədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.


Tehsil-press.az

Oxşar xəbərlər