Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb Bu gün Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının qaldıqları atletlər kəndində bayrağımızın qaldırılma mərasimi keçirildi.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, mərasimdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elnur Sultanov, İtar Tass İnformasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman, digər rəsmilər, federasiya prezidentləri, vitse prezidentlər, baş katiblər, idmançılar iştirak edirdilər.
İlk olaraq Braziliyaının adət ənənələrini, tarixini özündə əks etdirən rəqs nümayiş olundu. Daha sonra səhnəyə Olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn çıxdı. Olimpiya himni səsləndirildi, daha sonra mer idmançıları salamladı və onlara bu mötəbər yarışda uğurlar arzuladı. Daha sonra səhnəyə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov dəvət olundu. İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından Janet Alkeynə simvolik hədiyyə təqdim etdi. Azərbaycan himni səsləndirildi, bayrağı qaldırıldı.
Qeyd edək ki, bu gün Azərbaycanla bərabər eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypey ölkələrinin də bayraqlarının qaldırılma mərasimi baş tutdu.
Mərasimdən sonra nazir Azad Rəhimov və digər rəsmilər Azərbaycan idmançılarının qaldıqları otaqlarla daha yaxından tanış olmaq üçün binada oldular. Azərbaycan idmançıları ilə bir binada Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da qalır. Nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşdü, onlara uğurlar arzu etdilər.


Tehsil-press.az

Oxşar xəbərlər