Obamanın qızı restoranda işə düzəldi FOTO
ABŞ prezidenti Barak Obamanın kiçik qızı Saşa restoranda işə düzəlib. Bu hadisə böyük marağa səbəb olub. Boston Heral qəzeti yazır ki, 15 yaşlı Saşa Birləşmiş Ştatların Martas-Vinyad adasındakı Nense balıq restoranında işləyir. Onun iş vaxtı 7:30-da başlayır və 11:30-da bitir. Saşa kassa aparatında işləyir. Bundan əlavə o, restoranda hazırlıq işlərinin aparılmasında iştirak edir və masaları təmizləyir. Məlumatda qeyd edilir ki, Obamanın qızının təhlükəsizliyinin təmin edilməsi ilə xüsusi xidmət orqanlarının 6 əməkdaşı məşğul olur. Mühafizəçilər maşında və restoranın yaxınlığındakı skamyalarda keşik çəkirlər.
Tehsil-press.az
- Baxış: 6216
Xəbərin tarixi: 05.08.2016 / 10:01
-
Oxşar xəbərlər