Rusiya qazının Gürcüstandan Ermənistana nəqli bərpa edilib

Rusiya qazının Gürcüstandan Ermənistana nəqli bərpa edilib Təmir işlərinin yekunlaşması ilə əlaqədar Rusiya qazının Gürcüstandan Ermənistana nəqli bərpa edilib.

Armenia-news.ru saytının verdiyi xəbərə görə, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat verib.
Qazax-Saquramo magistral qaz kəmərində qəza-bərpa işləri ilə əlaqədar olaraq Gürcüstan ərazisi ilə Ermənistana Rusiya qazının verilişi iyulun 10-dan müvəqqəti dayandırılmışdı. Bildirilir ki, Rusiya qazının Ermənistana nəqli avqustun 4-də bərpa edilib.


Tehsil-press.az

Oxşar xəbərlər