10 saylı özüldə hasilatın bərpası işləri sürətləndirilir

10 saylı özüldə hasilatın bərpası işləri sürətləndirilir 10 saylı özüldə hasilatın bərpası istiqamətində işlər sürətləndirib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir.
Həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb.
Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabilliyəti 32 ton) əvəz olunmuşdur. Yararsız hala düşmüş 4 yanalma meydaçasından 2-si yenilənmiş, 2-si isə təmir edilmişdir. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilmiş, yanğınsöndürmə sistemi bərpa edilmiş, işıqlandırma sistemi yenilənmişdir.
4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilmiş, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilmişdir. Hazırda işıqlandırma dövrələrinin, köməkçi avadanlıqların kabelləşməsi, kabel yollarının quraşdırılması işləri davam etdirilir. Özüldə quraşdırılacaq 6 kV-luq paylayıcı qurğunun binasında işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda platformada quraşdırılması planlaşdırılır. Məlum olduğu ki, bu günlərdə texnnoloji sistem bərpa edilmiş və ilk quyu-43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Özüldəki daha iki quyunun-340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə bu quyuların istismar fonduna qaytarılması gözlənilir.
Təmir-bərpa işləri zamanı özüldə ekoloji vəziyyətə nəzarət olunmuş, ekoloji monitorinq keçirilmiş, çatışmazlıqlar aradan qaldırılmışdır. İşçilərin təmiz suya olan tələbatının ödənilməsi üçün Əks Osmos qurğusu quraşdırılmışdır.


Tehsil-press.az

Oxşar xəbərlər