Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik finala yüksəlib. 48 kq çəki dərəcəsində yer alan ukraynalı legioner 1/2 finalda rəqibi Elitsa Atanasova Yankova (Bolqarıstan) üzərində təmiz qələbə qazanıb.