Avto FM-in fəaliyyətinin dayandırılması ilə bağlı təfərrüatlar

Avto FM-in fəaliyyətinin dayandırılması ilə bağlı təfərrüatlar Bakı Nəqliyyat Agentliyi (BNA) Avto FM-in fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirib.

Agentlikdən Tehsil-press.az-a verilən məlumata görə, Avto FM-in yayım hüququ bütövlüklə BNA-nın tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur.
"Avto FM" MMC ilə NİİM arasındakı müqaviləyə əsasən, yayıma adıçəkilən şirkət çıxırdı."Lisenziyalar və icazələr haqqında" qanununun 5.4-cü bəndinə əsasən, lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bunu əsas tutaraq NİİM və “Avto FM” MMC arasında olan yayım müqaviləsinə bir ay əvvəl xəbərdarıq edilməklə 1 sentyabr 2016-cı il tarixindən xitam verilib.
Bu gündən yayım NİİM tərəfindən həyata keçirilir. Rebrendinqdən sonra 107.7 FM tezliyində “Avto Radio” yayımlanmağa başlayıb. "Avto Radio"nun əsas məqsədi Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maarifləndirilməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdir.


Tehsil-press.az

Oxşar xəbərlər