Sabah yağış yağacaq

Sabah yağış yağacaq Sentyabrın 2-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Tehsil-press.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun yarımadada gecə 20-23°, gündüz 24-27°, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30°, dağlarda gecə 13-17°, gündüz 18-23° isti olacağı gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər