Azərbaycan və Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiq edildi

Azərbaycan və Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiq edildi Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Dövlət Sərhəd Xidmətinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan hökumətinə bildiriş göndərmək tapşırılıb.
Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında 2016-cı il iyunun 20-də Düşənbə şəhərində imzalanmış Sazişin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında 2016-cı il iyulun 12-də Kabil şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə müvafiq fərmanlar imzalayıb.


Tehsil-press.az

Oxşar xəbərlər