Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi üzrə əməkdaşlıq sazişi təsdiq edildi

Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi üzrə əməkdaşlıq sazişi təsdiq edildi Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il aprelin 26-da Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Səhiyyə Nazirliyinə bu fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərəcək.


Tehsil-press.az

Oxşar xəbərlər