Sabahın havası - güclü külək, yağış, şimşək

Sabahın havası - güclü külək, yağış, şimşək Sentyabrın 24-də Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Yarımadada havanın temperaturunun gecə 16-19° isti, gündüz 19-22° isti, Bakıda isə gecə 16-18° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər