
Çox güman ki, İkinci Avropa Oyunlarının təşkilatçısının adı AOK-un oktyabrın 21-22-də Minskdə keçiriləcək Baş Assambleyasında məlum olacaq. Məhz Belarusun patytaxtı Oyunların keçirilməsi üçün əsas namizəddir.
Avropa Oyunlarının keçirilməsinin təşəbbüskarı Patrik Hikki hazırda həbsdə olsa da, AOK hələ də 2019-cu ilin Oyunlarının baş tutmasını özünün prioritet məsələsi hesab edir. Bunu Hikkinin vəzifələrini müvəqqəti icra edən Yanez Koçiyançiç deyib. Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
Tehsil-press.az