Sabah Bakıda 22 dərəcə isti olacaq

Sabah Bakıda 22 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 28-də paytaxt və yarımadaya arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-22°, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Tehsil-press.az

Oxşar xəbərlər