Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və rifah arzulayıram".

Tehsil-press.az

Oxşar xəbərlər