Alman yazıçısı ADU tələbələri ilə görüşdü

Alman yazıçısı ADU tələbələri ilə görüşdü Azərbaycan Dillər Universitetinin (ADU) Alman oxu zalı və Höte İntitutunun birgə təşkilatçılığı ilə alman ədəbiyyatını sevənlər üçün “Ədəbi oktyabr-Klaudia Ruşun Qafqaza səfəri” adlı tədbir çərçivəsində müasir alman ədəbiyyatının nümayəndəsi, alman yazıçı və jurnalist Klaudia Ruşun iştirakı ilə “Oxu günü” keçirildi. Tədbirdə universitetin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, müəllim heyəti və tələbələri, həmçinin alman ədəbiyyatı ilə maraqlanan şəxslər iştirak etdi.
Tədbirdə yazıçı Klaudia Ruş müəllifi olduğu “Mənim azad alman gəncliyim , “Pişiklər” “Mənim Rüqenim” adlı əsərlərindən hissələr oxudu və digər Cənubi Qafqaz ölkələrində iştirak etdiyi ədəbi gecələr haqqında danışdı.
Sonda yazıçı öz yaradıcılığı ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırdı.

ADU-nun Mətbuat Xidməti


Alman yazıçısı ADU tələbələri ilə görüşdü

Oxşar xəbərlər