Türkiyə aviasiyası PYD/YPG terrorçularının mövqelərini dağıtdı

Türkiyə aviasiyası PYD/YPG terrorçularının mövqelərini dağıtdı Türkiyə qırıcıları Suriyada PYD/YPG terror təşkilatının hədəflərini vurub.

"Haber7" qəzetinin verdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Suriyada gecə saatlarında "Fərat qalxanı" əməliyyatı çərçivəsində PYD/YPG terror təşkilatının üzvlərinə məxsus 18 döyüş mövqeyini darmadağın edib.
Vurulan hədəflər arasında zirehli döyüş maşını və qərargah binası da var. Hələbin şimalındakı PYD mövqelərinə endirilən hava zərbələri nəticəsində PYD/PKK-nın 160-200 üzvünün zərərsizləşdirildiyi bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər