Mosulda davam edən döyüşlərdə 16 ABŞ əsgəri həlak olub

Mosulda davam edən döyüşlərdə 16 ABŞ əsgəri həlak olub İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.

Bu barədə tehsil-press.az-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.
"Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb", - deyə mənbə bildirib.
Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər