“Schneider Electric” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində mühazirə oxuyublar

“Schneider Electric” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində mühazirə oxuyublar Bakı Ali Neft Məktəbində (BANM) “Schneider Electric” şirkətinin mütəxəssisləri tərəfindən seminar keçirilib.
SOCAR-ın proseslərin avtomatlaşdırılması məsələləri ilə məşğul olan struktur bölmələrinin əməkdaşları üçün təşkil olunan seminarda “Azneft” İstehsalat Birliyinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər qurumların nümayəndələri, eləcə də bu ali məktəbin müəllimləri və tələbələri iştirak ediblər.
BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov diqqətə çatdırıb ki, bu ali təhsil ocağında “Schneider Electric” şirkəti tərəfindən keçirilən seminarlar artıq ənənə halını alıb. Bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayan prorektor seminar iştirakçılarına uğurlar arzulayıb.
Sonra şirkətin Rusiyadan dəvət olunmuş ekspertlərinin - MDB ölkələri üzrə proseslərin avtomatlaşdırılması marketinqi və biznesin inkişafı üzrə menecer Natalia Nelse, MDB ölkələri üzrə İD PAC məhsul meneceri Nikolay Sobol və baş texniki məsləhətçi Yuri Serebrennikovun mühazirələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə, həmçinin “Telemetriya, məsafədən SCADA və simsiz sensorlar” və “Neft və qaz sənayesi üçün Modicon M580 kontrollerlərin yeni nəsli” mövzularında dinlənilən məruzələr maraqla qarşılanıb.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər