Azərbaycan Çinə 500 min şüşə şərab göndərəcək

Azərbaycan Çinə 500 min şüşə şərab göndərəcək Şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb.
İqtisadiyyat Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Azərbaycan şirkətləri Honq-Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində “Interwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. Azərbaycan istehsallı “Savalan” şərabı qızıl medala layiq görülüb.
İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb.
Növbəti ixrac missiyası noyabrın 27-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər