
Tehsil-press.az-ın məlumatına görə, rəvayət edilir ki, "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim.". Səhabələr ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) dedi: "Yaxın gəl!" O yaxına gəldikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) dedi: "Öz anana rəva edə bilərsənmi?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" "İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər". Sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) əlini onun çiyninə qoyub dedi: "Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi". (Əhməd. Müsnəd 5/256)
Tehsil-press.az