Tələbələr arasında Breyn-rinq üzrə respublika çempionatı

Tələbələr arasında Breyn-rinq üzrə respublika çempionatı “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn-rinq üzrə respublika çempionatı keçirilib.
Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, yarış bu qurumun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Masallı “ASAN” İntellektual İnkişaf Mərkəzində təşkil edilib.
Çempionatın keçirilməsinin əsas məqsədi ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin gənc nəsil arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.
Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və başqaları ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıblar.
Sonra yarışlara start verilib. Nəticələrə əsasən Bakı Dövlət Sosial İqtisadi Kolleci birinci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci ikinci, Astara Pedaqoji Kolleci üçüncü yerləri tutublar.

Tələbələr arasında Breyn-rinq üzrə respublika çempionatıTələbələr arasında Breyn-rinq üzrə respublika çempionatıTələbələr arasında Breyn-rinq üzrə respublika çempionatı

Oxşar xəbərlər