Məktəbdə qəhrəmanın büstünün açılışı olub

Məktəbdə qəhrəmanın büstünün açılışı olub Bakı şəhərindəki general–mayor Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbdə qəhrəmanın büstünün açılış mərasimi keçirilib.
Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanmış Həzi Aslanovun xatirəsi ehtiramla yad olunub, general-mayorun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər.
Fəal şagirdlərə fəxri fərman və diplomlar təqdim olunub.

BŞTİ-nin Mətbuat Xidməti


Məktəbdə qəhrəmanın büstünün açılışı olubMəktəbdə qəhrəmanın büstünün açılışı olub

Oxşar xəbərlər