“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib

“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib Respublika Perinatal Mərkəzi (RPM) və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) birgə təşkilatçılığı ilə “Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Tehsil-press.az keçən konfransı giriş sözü ilə açan Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, SN-in baş pediatrı Nəsib Quliyev “Yenidoğulanlarda irsi anadangəlmə xəstəliklərin erkən diaqnostikasının müasir aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, tibbi texnologiyaların inkişafı nəticəsində döl ana bətnində olarkən onun hansı irsi xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq mümkün olur. Baş pediatr perinatal diaqnostika üsullarının irsi xəstəliklərin vaxtında aşkar olmasında əhəmiyyətini vurğuladı.
“Yenidoğulanlarda neonatal skrininq” barədə təqdimatla çıxış edən RMDM-in genetiki Elxan Rəsulov Azərbaycanda geniş yayılmış genetik xəstəliklərdən olan talassemiya və hemofiliyanın gələcək nəslin sağlamlığı üçün yaratdığı fəsadlar barədə danışıb. Qeyd edib ki, vaxtında aparılan diaqnostika və müalicə gələcəkdə genetik xəstəliklərin qarşısını almağa imkan verir. E.Rəsulov neonatal skrininqin körpənin gələcəyi üçün əhəmiyyəti və bu müayinənin aparılması barədə məlumat verib: “Analizin aparılması prosesi çox sadədir: uşaq doğulduqdan 3 gün sonra (10 gündən gec olmayaraq) körpənin dabanından filtrli kağıza qan nümunələri götürülür. Qan ləkəsi 10-15 dəqiqə ərzində otaq temperaturunda qurudulur, sonra qurudulan qan ləkəsi zərfin içərisində laboratoriyaya göndərilir”.
Respublika Perinatal Mərkəzinin həkim-neonatoloqu Məryəm Rzayeva RPM-də aşkarlanan genetik xəstəliklərdən, yenidoğulanlarda genetik müayinələrin aparıldığından, analara zəruri məlumatların verildiyindən danışıb. Qohum nikahları nəticəsində körpələrdə yaranan genetik xəstəliklərə diqqəti çəkən məruzəçi gələcəkdə yarana biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün müayinələrin aparılması barədə məlumat verib.
Sonda təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Oxşar xəbərlər