12 dekabr- ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr- ümummilli lider Heydər Əliyevin anım günüdür
Tarixi yaradan şəxsiyyət


Vətəni, torpağı sevmək, onun dərdini çəkmək, milli mənafeyi şəxsi mənafedən üstün tutmaq ən böyük vətənpərvərlik, ən böyük vətəndaşlıqdır. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir.
1990-cı ildə Moskvadan Naxçıvana gələn bu böyük insanın qayıdışına xalq xilaskarlıq missiyası kimi baxdı.
Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndər 1993-cü il Naxçıvandan Bakıya gəldi və həmin ayın 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sessiyasında Ali Sovetin sədri, həmin ilin oktyabrında isə xalqın böyük əksəriyyətinin səsini qazanaraq ölkə başçısı seçildi.
Çox ağır, taleyüklü bir məqamda bu müdrik, təcrübəli siyasətçi ən ağrılı problemlərin öhdəsindən məharətlə gəldi.
Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Xalqımızın itmiş inamını özünə qaytardı, dağılan, parçalanan ölkəni vətəndaş müharibəsindən xilas etdi. Qısa zaman kəsiyində hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyan Heydər Əliyev Azərbaycanı nəinki xilas etdi, onu bütün dünyaya, dünyanı Azərbaycana tanıtdı.
12 dekabr- ümummilli lider Heydər Əliyevin anım günüdür
Beləliklə dölət rəhbərinin təşəbbüsü və siyasi iradəsi ilə dünyanın aparıcı şikayətləri və maliyyə qurumları ilə "Əsrin kontraktı" bağlandı.
Heydər Əliyevin doğma xalqı qarşısında danılmaz tarixi xidmətlərindən biri də dünyanın müxtəlif ölkələrinə səpələnmiş altmış milyonluq böyük Azərbaycan xalqının bir araya gətirərək, Dünya Azərbaycanlılarının I Qurultayının pavtaxtı Bakı şəhərində keçirilməsi oldu. Bu isə qədim və zəngin bir tarixə malik olan, qüdrətli, əbədi dövlətçilik arzusu ilə yaşayan bir xalqın oyanışı, tarixi, ayağa qalxmaq arzusu və istəyinin reallaşmasının nümayişi idi.
Ulu öndər həsrətini uzun illər çəkdiyimiz üçrəngli bayrağımızı, himnimizi bizə əbədi ərmağan etdi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" – deyən ulu öndər bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi.
İndi onun haqlı olaraq şah əsəri adlandırdığımız Azərbaycan öz firavanlıq, tərəqqi, istiqlal anlarını yaşayır. Bu ideyaların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Sevindirici haldır ki. Prezidentin rəhbərliyi ilə iqtisadi davamlı inkişafa, siyasi sabitliyə, sosial vəzifələrin həllinə, əhalinin yaşayış rifahının yüksəlməsinə, cəmiyyətin birliyinin möhkəmləndirilməsinə və digər həyati vacib məsələlərə uğurla nail olunur.
Ölkə rəhbəri İlham Əliyev "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir...", - deyə bəyan edərək öz siyasi dəst-xətti və intellekti ilə andına və sözünə sadiq qaldığını işi ilə sübut edir...

Səxavət Məmmədov,
Goranboy rayon Təhsil şöbəsinin müdiri

Oxşar xəbərlər