Bakıda 15 yaşlı oğlan bıçaqlanıb

Bakıda 15 yaşlı oğlan bıçaqlanıb Bakıda 15 yaşlı oğlan bıçaqlanıb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1B ünvanında yerləşən binada qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Abdullayev Emil Bayram oğlu evə gedərkən binanın blokunda tanımadığı şəxs tərəfindən hücuma məruz qalıb. Naməlum şəxs E.Abdullayeva bir bıçaq zərbəsi vuraraq onun telefonunu əlindən alıb. E.Abdullayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyət qənaətbəxşdir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər