“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsidir.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.
Təşkilat Komitəsi tərəfindən təqdim olunan işlər qiymətləndirilib və müsabiqədə ümumilikdə, 144 qalib müəyyən edilib.
Müsabiqə qaliblərinə Təhsil və Fövqəladə Hallar Nazirliklərinin diplom və qiymətli hədiyyələri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.


“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oxşar xəbərlər