Gec yatan uşaqlar əsəb xəstəliklərinə meyilli olurlar

Gec yatan uşaqlar əsəb xəstəliklərinə meyilli olurlar Bir qrup mütəxəssis tərəfindən aparılmış yeni araşdırmalar nəticəsində məlum olub ki, gec yatan uşaqlarda əsəb xəstəliklərinin inkişaf etməsi ehtimalı yüksək olur. Tehsil-press.az bildirir ki, bu barədə aparıcı klinik mərkəzlərdən birinin əməkdaşları məlumat veriblər. Yeni təcrübələrin rəhbəri Birit Broyekman olub. Həkimlər bu araşdırma prosesində maraqlı bir qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, gec yatan balaca oğlanların və qızların mürəkkəb xəstəliklərə tutulması riski yüksəkdir.
Qeyd etmək lazımdır ki, yuxu rejiminin pozulması təhlükəli xəstəliklərə gətirib çıxarır. Tədqiqatçılar bu qənaətə gəliblər ki, uşaqların nə vaxt yatmaları onların emosional və psixi vəziyyətinə təsir göstərir.
Həkimlər bu eksperimentin həyata keçirilməsinə hər birinin yaşı dörddən aşağı olan 200-dən çox uşaq cəlb ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər