“Dünyada baş verən siyasi və iqtisadi böhranlara baxmayaraq 2016-cı ildə Azərbaycanda yüksəliş müşahidə edilib”.
Tehsil-press.az-ın məlumatına görə, bunu “Olaylar” media qrupunun rəhbəri Yunus Oğuz "Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunlarına həsr edilmiş müzakirələrdə deyib.
Y.Oğuz bildirib ki, bu il ərzində həm siyasi, həm də iqtisadi sahədə mühüm islahatlar həyata keçirilib, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə mövqeləri xeyli güclənib. Onun sözlərinə görə, 2016-cı ilin ən yadda qalan hadisələrindən biri Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi oldu: “Bu referendumda xalq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətə açıq dəstəyini nümayiş etdirdi”.
Y.Oğuz vurğulayıb ki, 2016-cı ilin ən mühün hadisələrindən biri də aprel döyüşləri oldu: “Bu hadisələr zamanı 100 minlərlə insan döyüşə getməyə hazır olduqlarını bildirdilər. Müdafiə Nazirliyi isə bildirdi ki, bizim kifayət qədər silahlı qüvvələrimiz var. Bundan sonra Ermənistan çalxalanmağa başladı. Bu gün Ermənistanın tanınmış ictimai-siyasi xadimləri qaçıb Azərbaycana gəlirlər. Bu, artıq Azərbaycanın Ermənistan üzərində hərbi iqtisadi qələbəsi ilə yanaşı mənəvi qələbəsidir”.
Y.Oğuz vurğulayıb ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında da bir çox uğurlar əldə edildi və islahatlar həyata keçirildi: “Prezident İlham Əliyev tərəfindən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin imzalanması, sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafına dəstəyin göstərilməsi mühüm hadisələrdir. Bu və digər tədbirlərin nəticələri növbəti illərdə özünü göstərəcək”.
Y.Oğuz əlavə edib ki, 2016-cı ildə Azərbaycan hərbi sənaye sahəsində də böyük uğurlara imza atıb: “Müdafiə Sənaye Nazirliyi tərəfindən böyük işlər görülüb və bir sıra silahlar istehsal edilib. Bütün bunlara əsaslanaraq tam əminliklə demək olar ki, 2016-cı il ölkəmiz üçün böyük uğurlarla yadda qalacaq”.
Tehsil-press.az