31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür Tam məmnunluqla demək olar ki, həqiqətən də 2016-cı il Azərbaycan üçün uğurlu illərdən biri oldu. Ölkəmizin iqtisadi inkişafı, xalqımızın maddi-rifah halının yaxşılaşması, bir çox sahələrdə mühüm layihələrin uğurlu icrasının şahidi olduq.
Sona çatmaqda olan ilin yekunlarına görə Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin liderlik səviyyəsində olması və bu faktın dünyanın aparıcı iqtisadi qurumları tərəfindən vurğulanması aparılan sosial-iqtisadi siyasətin uğurlu nəticəsini bir daha sübut etdi.
Tarixə qovuşacaq 2016-cı ili başa vuraraq biz bir daha ölməz Heydər Əliyevi xatırlayır, onun xatirəsi qarşısında baş əyirik. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu əlamətdar tarix dünya azərbaycanlılarının milli birliyinin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan vermişdir. Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən ulu öndərimiz demişdir: “Dünya Azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında birləşməliyik.”
Bu gün möhtərəm Prezindetimiz İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsinin nəticəsidir ki, xaricdəki həmvətənlərimizin birliyi, həmrəyliyi daha da güclənmişdir. Möhtərəm Prezidentimizin dediyi kimi, “Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər.”
İnanırıq ki, 2017-ci il Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, həyatımızın ən müxtəlif sahələrində qazanılacaq uğurlar ilə daha yaddaqalan olacaqdır. Xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşısında gələn Yeni il münasibəti təbrik edir, doğma respublikamızın daha da inkişafı, çiçəklənməsi yolunda hər birimizə əzmkarlıq, hər bir ailəyə firavanlıq və xoş gələcək arzulayıram.


Azərbaycan Dövlət Dəniz Akademiyası
kollektivi adından akademiyanın rektoru –
Çingiz Əliyev


Oxşar xəbərlər