“Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilir

“Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilir Mərdəkan Mədəniyyət Sarayında “Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilib.
Şənlik 5 nömrəli Bakı Peşə Məktəbinin tədbir və mərasimlərin təşkilatçısı ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə keçirilib.
Şənlik 2017-ci il yanvarın 3-dək qeyd olunan mədəniyyət sarayında davam edəcək. Tamaşanın səhnə tərtibatı, dekorasiya işi, personajların kostyumları, qrim, səsyazma, bilet tərtibatı, çapı və s. məktəbin təlim emalatxanalarında istehsalat təlimi ustalarının rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanıb.

Oxşar xəbərlər